Deyirəm dünyanın bu qara üzü Yadımdadı kəndin çiçəkli düzü Sevgili cananın o qara gözü Saldıqca yadıma solub gedirəm Bu fani dünyada hara gedirəm?
Gedirəm səssizcə yollar şaxtadı Bəlkə bu yolların sonu saxtadı Ha dünya ,Ha taxta fərqi hardadı? Alışa-alışa yanıb gedirəm Bu fani dünyada hara gedirəm?
Yolsuzlar qərarsız yol alır gedir Yemsiz insanlarda bilmir nə edir Köçəri quşlarda Dubaya gedir Hər şeyi bilirəm,Bunu bilmirəm Bu fani dünyada hara gedirəm?
Qəlbim yenə sənsiz soyuq əllərim Əlimi isidəcək yoxdu həmdəmim Nicat hey axtarır hanı Mələyim? Ömrümü puç edip çıxıb gedirəm Bu fani dünyada hara gedirəm?